Ana Sayfa > Şou-biznes > Aktrisa 14 övladının olmasını istədi
Aktrisa 14 övladının olmasını istədiBu gün, 12:53. Yazar: Subhan |
![]() Aktrisa Zümrüd Qasımova "Günə uğurla" verilişində qonaq olub. aia.az xəbər verir ki, aktrisa arzularından söz açaraq bunları deyib: "Uşaq olanda 14 övladımın olmasını istəyirdim. Həmişə istəyirdim ki, ev uşaqla dolu olsun. Həmin arzum reallaşmadı. Sənətimlə məşğul olmaq istəyirdim. Bu arzuma çatdım. Əslində, həyatımı belə görmürdüm, düşünmürdüm ki, belə olacaq. Şükür bu günümə. Allahın seçdiyi və sevdiyi bəndəsiyəm. Allah mənə 15 il bəxş etdi. Bu, kiçik bir şey deyil. Bəzən insan hər şeydən yorulur. Hazırda mən beləyəm. Heç nə mənə maraqlı deyil. Çox qəribədir. Bu depressiya deyil". aia.az Geri dön |