Ana Sayfa > Özəl > Təbriz səmasında diqqət çəkən görüntü – Yeni raket izi müşahidə olundu

Təbriz səmasında diqqət çəkən görüntü – Yeni raket izi müşahidə olundu


Bu gün, 12:28. Yazar: vasif
Təbriz səmasında diqqət çəkən görüntü – Yeni raket izi müşahidə olundu




Bu səhər Təbriz səmasından yayılan görüntülər bölgədəki gərginliyi yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə paylaşılan kadrlarda əvvəlki raket izlərinin arasından keçən yeni raketin uçuş trayektoriyasının göründüyü iddia olunur.

Məlumatlara görə, təkcə Təbriz deyil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərinin müxtəlif bölgələrindən də raket buraxılışları ilə bağlı xəbərlər yayılıb. Hadisə yerli sakinlər arasında narahatlıq yaradıb.

Qeyd edək ki, gecə saatlarında ABŞ qüvvələri İran ərazisində bir sıra hərbi hədəflərə qarşı əməliyyat həyata keçirib. Məlumatlara əsasən, hücum zamanı onlarla uzaqmənzilli "Tomahawk" raketindən istifadə olunub.

Regionda baş verən son hadisələr Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı ehtimalları artırıb. Hələlik rəsmi qurumlar tərəfindən yayılan görüntülərlə bağlı əlavə açıqlama verilməyib.

Analitiklər hesab edirlər ki, bölgədəki hərbi aktivliyin artması yaxın günlərdə beynəlxalq gündəmin əsas mövzularından biri olacaq.

Geri dön