Ana Sayfa > Özəl > Türkiyədə gündəm yaradan iddia: Rəsmi Ankara dərhal reaksiya verdi
Türkiyədə gündəm yaradan iddia: Rəsmi Ankara dərhal reaksiya verdiBu gün, 20:47. Yazar: vasif |
![]() Almaniyanın qanunsuz miqrantları Türkiyəyə göndərdiyi barədə yayılan məlumatlar qardaş ölkədə geniş müzakirələrə səbəb olub. Xüsusilə Suriya, Əfqanıstan və Pakistan mənşəli şəxslərin geri qəbul sazişi çərçivəsində Türkiyəyə göndərildiyi iddiaları sosial şəbəkələrdə və bəzi media qurumlarında böyük rezonans doğurub. Məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama yayaraq xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Rəsmi qurum vurğulayıb ki, Türkiyənin üçüncü ölkə vətəndaşlarını qəbul etməsini nəzərdə tutan hər hansı mexanizm və ya praktika mövcud deyil. Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı açıqlamada qeyd olunub ki, Türkiyə ilə Avropa İttifaqı arasında qüvvədə olan geri qəbul sazişi yalnız Türkiyə vətəndaşlarına şamil edilir. Bu səbəbdən digər ölkələrin vətəndaşlarının həmin saziş əsasında Türkiyəyə göndərilməsi hüquqi baxımdan mümkün deyil. Rəsmi məlumatda həmçinin bildirilib ki, qanunsuz miqrantlar və ya cinayət törətmiş xarici vətəndaşlar Türkiyəyə deyil, birbaşa öz ölkələrinə deportasiya olunurlar. Ankara yayılan məlumatların ictimaiyyəti çaşdırmağa yönəldiyini bildirərək, bu xəbərləri yayan şəxslərlə bağlı hüquqi prosedurların başladıldığını da açıqlayıb. Rəsmi qurum vətəndaşları yalnız dövlət orqanlarının yaydığı məlumatlara etibar etməyə çağırıb və dezinformasiya xarakterli xəbərlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. ![]() Geri dön |