Ana Sayfa > Özəl > Deputatdan Paşinyana mesaj: İndi siyasi iradə nümayiş etdirməyin vaxtıdır
Deputatdan Paşinyana mesaj: İndi siyasi iradə nümayiş etdirməyin vaxtıdırBu gün, 20:32. Yazar: vasif |
![]() “Ermənistan cəmiyyəti sülhə səs verdi və bu, regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”. Bu fikirləri millət vəkili Rizvan Nəbiyev “Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi” mövzusunda keçirilən tədbirdə səsləndirib. Deputat bildirib ki, Azərbaycanın son illərdə irəli sürdüyü təşəbbüslər və formalaşdırdığı sülh gündəliyi artıq real nəticələr verməyə başlayıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətinin seçkilərdə verdiyi mesaj regionda sabitlik və normallaşma istəyinin göstəricisidir. Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi layihəsi 17 maddədən ibarətdir və sənədin əsas hissəsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edir. Millət vəkilinin fikrincə, davamlı və uzunmüddətli sülhün təmin olunması üçün hüquqi əsasların tam formalaşdırılması vacibdir. O vurğulayıb ki, sülh sazişinin qüvvəyə minməsi möhkəm hüquqi mexanizmlərlə müşayiət olunmalıdır. Deputat hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı mərhələdə siyasi iradə nümayiş etdirməli və mövcud hüquqi imkanlardan istifadə edərək sülh prosesinin qarşısındakı maneələrin aradan qaldırılmasına çalışmalıdır. Geri dön |