Ana Sayfa > Karusel / Gündəm / Parlament > Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib

Milli Məclisin sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib


Bu gün, 16:35. Yazar: azer
Milli Məclisin sədri  İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək üçün imkanların olduğu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu qeyd edilib. Spiker Sahibə Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirak etdiyini bildirib.

Görüşdə parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Bu kontekstdə hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin, deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.

Səfir Berlian Helmi də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində parlamentlərin rolunu qeyd edərək, fəaliyyəti dövründə digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əməkdaşlığın inkişafına töhfə verməyə çalışacağını söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Geri dön