Ana Sayfa > Özəl > Rusiya ABŞ-yə çağırış etdi: Nüvə silahlarını Avropadan çıxarın
Rusiya ABŞ-yə çağırış etdi: Nüvə silahlarını Avropadan çıxarınDünən, 21:13. Yazar: vasif |
![]() Rusiya ABŞ-yə məxsus nüvə silahlarının Avropa ərazisindən çıxarılmasını və onların yerləşdirilməsi üçün yaradılmış hərbi infrastrukturun tamamilə ləğv edilməsini tələb edib. Bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov açıqlama verib. Belousovun sözlərinə görə, Avropada yerləşdirilən ABŞ nüvə silahları Rusiyanın mühüm hərbi və mülki obyektlərinə zərbə endirmək potensialına malik olduğundan Moskva onları faktiki olaraq strateji silahlar hesab edir. Rusiya rəsmisi bildirib ki, Moskva bu silahların ABŞ ərazisinə qaytarılmasını, eləcə də onların saxlanılması və istifadəsi üçün Avropada qurulmuş bütün infrastrukturun sökülməsini vacib hesab edir. Ekspertlər qeyd edirlər ki, bu bəyanat son illərdə Rusiya ilə NATO arasında artan hərbi-siyasi gərginliyin növbəti təzahürüdür. Hazırda ABŞ-nin nüvə silahlarının bir hissəsinin Avropadakı NATO üzvü olan bir sıra ölkələrdə yerləşdirildiyi bildirilir. Müşahidəçilərin fikrincə, Moskvanın bu tələbi yaxın dövrdə təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilə bilər. Geri dön |