Ana Sayfa > İqtisadiyyat > Azərbaycanın xarici dövlət borcu azalıb
Azərbaycanın xarici dövlət borcu azalıbBu gün, 12:10. Yazar: Subhan |
![]() Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. aia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır. Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb. Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb. aia.az Geri dön |