Ana Sayfa > İqtisadiyyat > Neftimizin qiyməti 95 dollara düşdü

Neftimizin qiyməti 95 dollara düşdü


Bu gün, 09:54. Yazar: Subhan
Neftimizin qiyməti 95 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

aia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,82 ABŞ dolları və ya 4,8% ucuzlaşaraq 95,27 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 100,09 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

aia.az
Geri dön