Ana Sayfa > Özəl > 390 metr dərinlikdə nəhəng layihə: Kiçik çat belə böyük təhlükə yarada bilər
390 metr dərinlikdə nəhəng layihə: Kiçik çat belə böyük təhlükə yarada bilərBu gün, 19:59. Yazar: vasif |
![]() Norveçdə inşa edilən “Rogfast” tuneli tamamlandıqdan sonra dünyanın ən uzun və ən dərin sualtı avtomobil tuneli kimi tarixə düşəcək. Təxminən 27 kilometr uzunluğa malik olacaq tunel dəniz səviyyəsindən 390 metr aşağıda yerləşəcək. Layihə Norveçin qərb sahillərində nəqliyyat əlaqələrini sürətləndirmək və yükdaşımaları daha səmərəli etmək məqsədi daşıyır. Tunel iki borulu sistem əsasında tikilir və ölkənin ən mühüm infrastruktur layihələrindən biri hesab olunur. Mühəndislərin qarşılaşdığı ən ciddi çətinlik isə böyük su təzyiqidir. Bəzi hissələrdə təzyiq 33 bara qədər yüksəlir və bu şəraitdə qayalarda yaranan ən kiçik çat belə təhlükəli nəticələrə səbəb ola bilər. Məlumata görə, tikinti zamanı baş verən sızmalardan birində tunelə dəqiqədə minlərlə litr su daxil olub. Buna baxmayaraq, təhlükəsizlik tədbirləri gücləndirilib və işlər davam etdirilir. Ekspertlər hesab edirlər ki, layihə başa çatdıqdan sonra Norveçin nəqliyyat sistemində mühüm dəyişiklik yaradacaq və müasir mühəndisliyin ən möhtəşəm nümunələrindən biri kimi qiymətləndiriləcək. Geri dön |