Ana Sayfa > Özəl > Kremldən yeni iddia: Paşinyanın qələbəsi ətrafında mübahisələr davam edir

Kremldən yeni iddia: Paşinyanın qələbəsi ətrafında mübahisələr davam edir


Bu gün, 19:11. Yazar: vasif
Kremldən yeni iddia: Paşinyanın qələbəsi ətrafında mübahisələr davam edir




Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiya rəsmilərinin nəticələrlə bağlı tənqidi açıqlamaları davam edir. Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski seçkilərdə müxalifətin səslərinin bir hissəsinin "oğurlandığını" iddia edib və proses zamanı ciddi pozuntuların baş verdiyini bildirib.

Moskva hələ də Nikol Paşinyanı qələbə münasibətilə təbrik etməyib. Kreml rəsmiləri və Rusiya Xarici İşlər Nazirliyi seçkilərin gedişi ilə bağlı narahatlıqlarını ifadə edərək nəticələrin legitimliyi barədə suallar səsləndiriblər.

Buna baxmayaraq, Avropa İttifaqı, ABŞ və bir sıra Qərb ölkələri Paşinyanı artıq təbrik ediblər. Analitiklər hesab edirlər ki, müxalifətin zəif nəticə göstərməsi və səslərin parçalanması hakim "Vətəndaş Müqaviləsi" partiyasının üstünlüyünü artırıb.

Rəsmi nəticələrə görə, Nikol Paşinyanın partiyası 49,81 faiz səslə seçkilərin qalibi olub. Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası ikinci, Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə üçüncü yeri tutub.

Geri dön