Ana Sayfa > Özəl > İrandan sərt xəbərdarlıq: ABŞ-ın addımına cavab veriləcək

İrandan sərt xəbərdarlıq: ABŞ-ın addımına cavab veriləcək


Bu gün, 18:34. Yazar: vasif
İrandan sərt xəbərdarlıq: ABŞ-ın addımına cavab veriləcək


İranda hökumətyönlü dairələr ABŞ və müttəfiqlərinə qarşı kəskin bəyanatla çıxış edib. Bildirilib ki, ölkənin dondurulmuş maliyyə aktivlərinin üçüncü tərəflərə yönəldilməsi Tehranın ciddi cavab addımlarına səbəb ola bilər.

“Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmadari bəyan edib ki, belə bir ssenari baş verərsə, İran ABŞ-ın xaricdəki hərbi və iqtisadi maraqlarını legitim hədəf kimi qiymətləndirə bilər.

Onun sözlərinə görə, mümkün qarşı tədbirlər yalnız siyasi müstəvi ilə məhdudlaşmayacaq, həmçinin beynəlxalq ticarət və dəniz daşımalarına da təsir göstərə biləcək addımlar gündəmə gələ bilər.

Şəriətmadari iddia edib ki, İranın vəsaitlərinin istifadəsində iştirak edən ölkələrin ticarət maraqları da risk altında qala bilər. O, Tehranın öz maraqlarını qorumaq üçün müxtəlif vasitələrdən istifadə etmək hüququna malik olduğunu bildirib.

Bu açıqlamalar ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə səslənib və regionda yeni qarşıdurma ehtimalları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Geri dön