Ana Sayfa > Gündəm > ...Yurduma tapınır, xalqıma və ölkəmizin başçısı cənab İlham Əliyevə güvənirəm!
...Yurduma tapınır, xalqıma və ölkəmizin başçısı cənab İlham Əliyevə güvənirəm!18-03-2017, 12:05. Yazar: admin |
Tahir Axundov, Bakı şəhər İlyas Əfəndiyev adına Elitar Giminaziyanın IX sinif şadirdi. ...Yurduma tapınır, xalqıma və ölkəmizin başçısı cənab İlham Əliyevə güvənirəm! (Milli ordunun şəhid polkovnik- leytenantı Sənan Axundovun Bakı şəhər İ.Əfəndiyev adına Elitar Gimnaziyanın IX sinfində oxuyan oglu Tahir Axundov belə deyir) Vətənpərvərlik mövzusunda esse yazmaq üçün atamın kitablarına müraciət etdim. Əslində, bu esseni yazmaq mənim üçün çətin deyildi. Həm atamın şəxsi nümunəsi, həm də oxuduğu kitablar köməkçim idi. Rəsul Rzanın “Seçilmiş əsərləri” əlimdə yazı masasının arxasına keçdim.” Vətən dedim” şeri diqqətimi çəkdi. Mən Vətənin qoynundayam, Vətən mənim qoynumdadır. Həm qeyrəti, həm qayğısı, həm şöhrəti - Böyük borcu boynumdadır, Boynumdadır! Oxudum. Və... Düşüncələrə daldım.Qatlanmış vərəq və altı xətlənmiş misralar... Atamın hiss və duyğularını yaşadım. Anam Nəcibə, bacım Nəzrin görmədiklərini yəqinləşdirib “ Vətən dedim” şerini bağrıma basdım. Atamın Vətən sevgisi qəlbimə hopdu , əlləri ilə qatladığı vərəqi öpdüm.. Beynimdə nələr dolanmadı?! Bəlkə özünü Vətənlə həmahəng bilən atam, böyük şairmiz Rəsul Rzanın dediyi kimi, Vətənin qeyrəti , şöhrəti və müqəddəs borcu üçün ön cəbhəyə getdi?! Bəlkə doğulub boya-başa çatdığı Füzuli rayonu ərazisində şanlı Aprel hadisələrinin sevinci , milli ordumuzun sınaq məqamları Müdafiə Nazirliyində sektor müdiri vəzifəsini qoyub, ön cəbhəyə gətirdi onu?! Bəlkə Aprel girəli yuxularını ərşə şəkən hissiyatı, Vətən qarşısında borcu , düşmənə nifrət hissləri möhtəşəm şəhidlik taxtında əyləşdirdi atamı?! Bəlkə... Bəlkə...Nə bilim?! Vətən sevgisi , qisas hissləri bir dəqiqə rahat buraxmırdı onu. Hiss edirdik ki, ön cəbhəyə getmək istəyinə Müdafiə Nazirinin əmrini səbirsizliklə gözləyir. Hər an, hər dəqiqə Aprel döyüşlərinin ilkinliyini yaşayır,özünü orada görürdü. Və elə tezliklə də istəyinə qovuşdu... Bir dəfə sual etdim: ---Ata , nə üçün biz müharibə istəmirik?! Güldü və dedi: ---Oğul , bizim dövlətimizin öz siyasəti var. Müharibə istəmirik! Sülhsevər xalqıq. Amma Ali Baş Komandan , ölkə rəhbəri cənab İlham Əliyevin bir əmrinə bəndik. Erməniləri hər vaxt məhv etməyə hazırıq. ...Atam arzuları yolunda, sevib- seçdiyi peşə tapşırəqlarını icra edərkən şəhid oldu. Beyləqan rayonu ərazisində İbadətgahımız olan Həzrəti Cərciz Peyğəmbərdə dəfn olunub. Ailəmiz dövlətin, onun rəhbəri cənab İlham Əliyevin , Heydər Əliyev Fondunun prezdenti , Birinci vitse- prezident Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunub. Bunlar öz yerində. ...Mən yurduma tapınır, xalqıma və ölkəmizin başçısı cənab İlham Əliyevə güvənirəm! Atam kimi dövlətimə, Vətənimə sədaqətli olacam. Dağ vüqarlı xalqım , hər bir Azərbaycan insanının güvənc yeri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev var olsun! Nə gözəl ki, onun bütün fəaliyyəti xalqın iradəsinə, rifah halının yüksəldilməsinə hesablanıb. AİA.az Geri dön |