Ana Sayfa > Manşet / Gündəm > Azovda hücuma məruz qalan azərbaycanlılar təxliyə edildi
Azovda hücuma məruz qalan azərbaycanlılar təxliyə edildiBu gün, 11:30. Yazar: Subhan |
![]() 5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir. Bu barədə XİN-dən aia.az-a məlumat verilib. Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. “Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, - qeyd olunub. aia.az Geri dön |