Ana Sayfa > Özəl > Əlaçı məzunlar üçün hərbi xidmətdə güzəştlər təklif olunur

Əlaçı məzunlar üçün hərbi xidmətdə güzəştlər təklif olunur


Dünən, 22:07. Yazar: vasif
Əlaçı məzunlar üçün hərbi xidmətdə güzəştlər təklif olunur


Azərbaycanda təhsildə yüksək nəticə göstərən gənclər üçün hərbi xidmət sahəsində müəyyən güzəştlərin tətbiqi təklif edilib.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, elm və təhsildə uğur qazanan, fərqlənmə ilə məzun olan gənclərin potensialından daha səmərəli istifadə edilməli və onlar üçün xüsusi dəstək mexanizmləri hazırlanmalıdır.

Onun sözlərinə görə, savadlı və perspektivli gənclərin həm cəmiyyət, həm də dövlət üçün böyük əhəmiyyəti var. Bu səbəbdən yüksək nəticə göstərən məzunlara hərbi xidmət zamanı müəyyən imtiyazların verilməsi məsələsinə baxılmalıdır.

Ekspert hesab edir ki, fərqlənmə diplomu ilə təhsilini başa vuran və yüksək akademik göstəricilərə malik gənclər üçün xüsusi güzəştlər nəzərdə tutulmalı, bununla bağlı qanunvericilik təşəbbüsləri irəli sürülməlidir.

Üzeyir Cəfərov həmçinin alternativ xidmət mexanizmlərinin yaradılmasının da vacib olduğunu vurğulayıb. Onun fikrincə, belə addımlar ölkənin intellektual potensialının qorunmasına və insan kapitalının inkişafına töhfə verə bilər.
Geri dön