Ana Sayfa > Özəl > Ağırlıq qaldıranlar daha uzun yaşayır? – Araşdırmadan maraqlı nəticə
Ağırlıq qaldıranlar daha uzun yaşayır? – Araşdırmadan maraqlı nəticəBu gün, 19:13. Yazar: vasif |
![]() Alimlərin apardığı geniş araşdırma göstərib ki, həftədə cəmi 1,5-2 saat ağırlıq qaldırmaq və müqavimət məşqləri etmək sağlamlığa ciddi müsbət təsir göstərə bilər. 30 il ərzində 147 mindən çox insanın iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən, müntəzəm güc məşqləri edən şəxslərdə vaxtından əvvəl ölüm riski daha aşağı olub. Mütəxəssislər bildirirlər ki, bu məşqlər təkcə əzələ və sümük sağlamlığını gücləndirmir, həm də ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Araşdırma zamanı müəyyən edilib ki, ağırlıq qaldırma məşqlərini aerob fəaliyyətlərlə – qaçış, üzgüçülük və ya velosiped sürmə ilə birləşdirən insanlarda sağlamlıq göstəriciləri daha yüksək olur. Bu kombinasiya həm ürək sağlamlığını qoruyur, həm də yaşlanma prosesinin mənfi təsirlərini azaltmağa kömək edir. Mütəxəssislərin fikrincə, müntəzəm güc məşqləri yaş artdıqca əzələ kütləsinin və sümük sıxlığının azalmasının qarşısını almağa, yıxılma riskini azaltmağa və gündəlik hərəkət qabiliyyətini qorumağa kömək edir. Araşdırmada diqqət çəkən məqamlardan biri də odur ki, həftədə iki saatdan artıq güc məşqi etməyin əlavə üstünlük yaratdığı müşahidə olunmayıb. Buna görə də alimlər ən yaxşı nəticənin orta intensivlikdə və davamlı məşqlərlə əldə olunduğunu vurğulayırlar. Geri dön |