Ana Sayfa > Özəl > Yerə maqnit zərbəsi gəlir - Astrofiziklərdən vacib xəbərdarlıq
Yerə maqnit zərbəsi gəlir - Astrofiziklərdən vacib xəbərdarlıqBu gün, 18:16. Yazar: vasif |
![]() Şamaxı Astrofizika Rəsədxanası yaxın günlərdə güclü geomaqnit aktivliyinin müşahidə olunacağını açıqlayıb. Məlumata görə, Günəşdə baş verən son aktiv proseslərin təsiri nəticəsində 8-9 iyun tarixlərində geomaqnit qasırğasının Yerə təsiri gözlənilir. Mütəxəssislər bildirirlər ki, bu dövrdə Günəş küləyinin sürətinin və maqnit aktivliyinin normadan yüksək olması ehtimalı var. Proqnozlara əsasən, yaxın günlərdə Günəşdə müxtəlif gücdə alışmaların baş vermə ehtimalı yüksək olaraq qalır. Xüsusilə orta və güclü sinif alışmaların müşahidə olunması geomaqnit vəziyyətinə əlavə təsir göstərə bilər. Alimlər qeyd edirlər ki, geomaqnit qasırğaları bəzi hallarda rabitə sistemlərinə, peyk əlaqələrinə və həssas elektron avadanlıqlara təsir göstərə bilər. Meteohəssas şəxslərdə isə baş ağrısı, halsızlıq və təzyiq dəyişiklikləri kimi hallar müşahidə oluna bilər. Mütəxəssislər yaxın günlərdə kosmik hava şəraitinin diqqətlə izlənilməsini tövsiyə edirlər. Geri dön |