Ana Sayfa > Özəl > Paşinyan qalib gəldi, amma qarşısında ən çətin mərhələ dayanır
Paşinyan qalib gəldi, amma qarşısında ən çətin mərhələ dayanırBu gün, 14:06. Yazar: vasif |
![]() Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi hakim qüvvə yenidən birinci olsa da, bu nəticə onun siyasi yolunu asanlaşdırmır. İlkin nəticələr hökuməti formalaşdırmaq üçün kifayət etsə də, Paşinyan əvvəlki illərdə malik olduğu geniş siyasi üstünlüyü artıq qoruyub saxlaya bilməyib. Yeni parlamentdə müxalifətin daha güclü təmsil olunması hakimiyyətin mühüm qərarlarını əvvəlki kimi rahat şəkildə qəbul etməsinə mane ola bilər. Xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycanla yekun sülh sazişi və regional kommunikasiyaların açılması kimi strateji məsələlərdə ciddi siyasi müqavimət gözlənilir. Seçkilərin nəticələri göstərir ki, erməni seçicisi revanşist çağırışlardan daha çox sabitlik və sülh vədlərinə üstünlük verib. Lakin bu, Paşinyana verilən qeyd-şərtsiz etimad deyil. Ermənistan cəmiyyəti artıq konkret nəticələr gözləyir. Ekspertlərin fikrincə, qarşıdakı dövrdə əsas sual Paşinyanın seçkidə qalib gəlməsi deyil, verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyi olacaq. Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda yeni əməkdaşlıq mühitinin yaradılması məsələləri onun siyasi taleyini müəyyənləşdirə bilər. Bu baxımdan seçkilər Ermənistan üçün son deyil, yeni və daha mürəkkəb siyasi mərhələnin başlanğıcı hesab olunur. İndi diqqətlər İrəvanın atacağı real addımlara yönəlib. Geri dön |