Ana Sayfa > Özəl > Bakıda dəhşətli hadisə: 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı

Bakıda dəhşətli hadisə: 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı


Bu gün, 13:09. Yazar: vasif
Bakıda dəhşətli hadisə: 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxıldı


Bakıda azyaşlı uşağın binadan yıxılması ilə nəticələnən ağır hadisə baş verib.

Məlumata görə, 3 yaşlı uşaq yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Azyaşlı binanın aşağı mərtəbələrindən birinin dam örtüyünün üzərinə düşüb.

Hadisədən sonra uşaq dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin nəzarətində olan azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri araşdırılır.

Mütəxəssislər valideynləri azyaşlı uşaqların təhlükəsizliyi üçün pəncərə və eyvanlarda qoruyucu vasitələrdən istifadə etməyə çağırırlar.
Geri dön