Ana Sayfa > Karusel / Ölkə > Məktəblərdə "TikTok" bloklanıb

Məktəblərdə "TikTok" bloklanıb


Bu gün, 12:00. Yazar: Subhan
Məktəblərdə "TikTok" bloklanıb

"Məqsəd uşaqların psixikasını və sağlamlığını qorumaqdır".

aia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, məktəblərdə internetə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışırlar: "Məktəblərdə "TikTok"a çıxış bloklanıb".

“Həmçinin, terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, - deyə nazir müavini əlavə edib.

aia.az
Geri dön