Ana Sayfa > Dünya > Baş nazirdən Paşinyana qələbə təbriki

Baş nazirdən Paşinyana qələbə təbriki


Dünən, 23:57. Yazar: vasif
Baş nazirdən Paşinyana qələbə təbriki


Ermənistanda parlament seçkilərinin ilkin nəticələri artıq beynəlxalq reaksiyalar doğurmağa başlayıb.

aia.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobakhidze Ermənistanın Baş naziri Nikol Paşinyan ilə əlaqə saxlayaraq onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasını seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edib.

Kobaxidze təbrikində Ermənistan xalqının seçiminə hörmətlə yanaşdığını bildirib və iki ölkə arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb. Təbrik mesajı rəsmi yekun nəticələr açıqlanmadan verilib.

Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri və exit-poll məlumatları Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın rəqiblərini xeyli qabaqladığını göstərir. Seçkilər Ermənistanın gələcək xarici siyasət kursu, o cümlədən Avropa İttifaqı ilə inteqrasiya və Azərbaycanla sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Geri dön