Ana Sayfa > Dünya > Trampdan SON DƏQİQƏ açıqlaması - Netanyahuya zəng edirəm və...

Trampdan SON DƏQİQƏ açıqlaması - Netanyahuya zəng edirəm və...


Bu gün, 00:04. Yazar: vasif
Trampdan SON DƏQİQƏ açıqlaması - Netanyahuya zəng edirəm və...


ABŞ prezidenti Donald Tramp İranı raket hücumlarını dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.

aia.az xəbər verir ki, Tramp bu barədə Fox News-a açıqlamasında danışıb.

“İrana təklifim budur: raketlərinizi buraxdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, - ABŞ prezidenti bildirib.

Tramp İsrailin Beyruta endirdiyi zərbələrin Vaşinqtonla razılaşdırılmadığını da qeyd edib. O, baş verənlərdən narazı qaldığını vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək İrana zərbələr endirməməsini deyəcək.
Geri dön