Ana Sayfa > Dünya > NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edir
NYT: ABŞ kəşfiyyatı İsrailin amerikalı rəsmiləri dinlədiyini ehtimal edirBu gün, 13:11. Yazar: vasif |
![]() ABŞ kəşfiyyatının hesabatına əsasən, İsrailin xüsusi xidmət orqanları yüksək vəzifəli amerikalı rəsmiləri, o cümlədən Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu dinləməyə başlamış ola bilər. "aia.az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti kəşfiyyat sənədlərinə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, hesabatda Stiv Uitkoffla yanaşı, Pentaqonun siyasi məsələlər üzrə yüksək vəzifəli rəsmisi Elbrik Kolbi və onun əsas müavinlərindən biri Maykl Diminonun da mümkün dinləmə hədəfləri arasında olduğu qeyd edilir. Qəzet bildirir ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsi və hərbi kəşfiyyatın hazırladığı digər sənəddə İsraildən qaynaqlanan əks-kəşfiyyat təhlükəsinin səviyyəsi "yüksək"dən "kritik"ə qaldırılıb. Sənəddə, həmçinin İsrailin ABŞ hərbçiləri və hökumət rəsmiləri üzərində müşahidə və məlumat toplamaq cəhdlərindən bəhs olunur. Amerikalı rəsmilərdən bəziləri bildiriblər ki, İsrailin İranla bağlı danışıqlarda Vaşinqtonun mövqeyini öyrənmək üçün apardığı fəaliyyət artıq qırmızı xətti keçib. Mənbələrin sözlərinə görə, Donald Trampın ikinci prezidentlik dövründə İsrail kəşfiyyatının ABŞ-nin yüksək vəzifəli şəxsləri barədə məlumat toplamaq səyləri həddindən artıq intensiv xarakter alıb. Bununla yanaşı, ABŞ rəsmiləri mobil telefonların və digər elektron cihazların qorunması üçün xüsusi təhlükəsizlik protokollarının tətbiq olunduğunu bildiriblər. Xüsusilə İsrailə səfərlər zamanı bu tədbirlərin gücləndirildiyi qeyd edilsə də, onların detalları açıqlanmayıb. Nəşr vurğulayır ki, ABŞ və İsrail arasında hərbi əməkdaşlıq sıx olaraq qalır, lakin tərəflər ən həssas məlumatları bir-birindən gizli saxlamağa məcburdurlar.(teleqraf) Geri dön |