Ana Sayfa > Ölkə > İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıbBu gün, 10:54. Yazar: vasif |
![]() İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb. aia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, həmin şəxslər Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgüldür. Əməliyyat-qoşun tədbirləri DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilib. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Geri dön |