Ana Sayfa > İdman > Toral "Qarabağ"dan niyə ayrılıb?

Toral "Qarabağ"dan niyə ayrılıb?


Bu gün, 17:19. Yazar: Subhan
Toral "Qarabağ"dan niyə ayrılıb?

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Bursaspor" klubuna keçməsinin səbəbini açıqlayıb.

aia.az-ın xəbərinə görə, 25 yaşlı yarımmüdafiəçi bu barədə AFFA-nın təşkil etdiyi sual-cavab sessiyasında azarkeşlərin suallarını cavablandırarkən danışıb:

"Çoxdandır Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirdim. Belə bir şans ələ düşdü. "Bursaspor" böyük tarixi olan klubdur. Azarkeşlərini hamı tanıyır. Qərar verdim ki, artıq vaxtdır. Ümid edirəm ki, uğurlu olar".

Qeyd edək ki, "Bursaspor"a "Qarabağ"dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.

aia.az
Geri dön