Ana Sayfa > Özəl > YAP Gədəbəy rayon təşkilatında silsilə tədbirlər keçirilib

YAP Gədəbəy rayon təşkilatında silsilə tədbirlər keçirilib


Bu gün, 15:07. Yazar: azer
YAP Gədəbəy rayon təşkilatında silsilə tədbirlər keçirilib

Bu gün – 05.06.2026-cı il tarixdə Çalburun, İsalı, Qoşabulaq, Alnabat, Böyük Qaramurad, Səbətkeçməz kənd ərazi partiay təşkilatlarında və Gədəbəy Peşə Liseyində YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda silsilə tədbirlər keçirilib.

Öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, gənc nəslin milli ruhda formalaşdırılmasına, vətənpərvərlik tərbiyəsinə hər zaman xüsusi diqqət yetirib. Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində Azərbaycanda savadlı, vətəninə bağlı və milli dəyərlərə sadiq gənclər nəsli yetişib.

Rüstəm Nağıyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti ölkəmizin gələcəyinin etibarlı təminatıdır. Qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, onların dövlətçilik ənənələrinə bağlı yetişdirilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.

Daha sonra tədbirdə iştirak edən natiqlər çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda formalaşmasında misilsiz xidmətlərindən bəhs ediblər. Bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sədaqətli gənclərin yetişdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.
Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə gənclərimizin yüksək vətənpərvərlik ruhunun, dövlətə və xalqa bağlılığının parlaq təzahürüdür. Şəhidlərimizin qəhrəmanlığı və göstərdikləri şücaət gələcək nəsillər üçün örnəkdir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli ruhda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Geri dön