Ana Sayfa > Özəl > Müğənnilərin yüksək qonorar sirri: Görünməyən xərclər açıqlandı
Müğənnilərin yüksək qonorar sirri: Görünməyən xərclər açıqlandıBu gün, 19:34. Yazar: vasif |
![]() Əməkdar artist Abbas Bağırov sənətçilərin aldıqları qonorarlarla bağlı müzakirələrə münasibət bildirib. Müğənni qeyd edib ki, səhnədə görünən qonorarın arxasında təkcə ifaçının qazancı deyil, böyük bir komandanın əməyi dayanır. Onun sözlərinə görə, bir sənətçinin fəaliyyətində musiqiçilər, səs rejissorları, texniki heyət, assistentlər və digər əməkdaşlar iştirak edir və onların xərcləri də həmin məbləğdən qarşılanır. Abbas Bağırov vurğulayıb ki, mahnıların hazırlanması, aranjimanlar, studiya işləri, klip çəkilişləri, səhnə geyimləri və reklam kampaniyaları da ciddi maliyyə tələb edir. Sənətçi hesab edir ki, insanların yalnız qonorar məbləğinə deyil, həmin məbləğin arxasında duran illərlə zəhmətə, peşəkarlığa və fədakarlığa da diqqət yetirməsi vacibdir. Onun fikrincə, səhnədə əldə olunan uğur uzun illərin əməyi, yorucu iş rejimi və böyük məsuliyyət nəticəsində formalaşır və hər bir sənətçi gördüyü işin qarşılığını almağa layiqdir. Geri dön |