Ana Sayfa > Özəl > Dövlət qulluğunda çalışan qadınların sayı məlum oldu
Dövlət qulluğunda çalışan qadınların sayı məlum olduBu gün, 13:33. Yazar: vasif |
![]() Azərbaycanda dövlət qulluğunda çalışanların sayı 27,4 min nəfərə çatıb. Rəsmi məlumatlara görə, dövlət qulluqçularının 30,3 faizini qadınlar təşkil edir. Parlamentdə çıxış edən deputat Vüqar Bayramov bildirib ki, dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlar davam edir. Onun sözlərinə görə, dövlət qulluqçularının böyük hissəsi Bakıda fəaliyyət göstərsə də, bəzi iqtisadi rayonlarda bu göstərici min nəfərdən aşağıdır. Deputat regionlarda dövlət qulluğu üzrə vakansiyaların artırılmasının və ixtisaslı kadrların bölgələrdə işlə təmin olunmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, dövlət qulluqçularının orta aylıq əməkhaqqında da regionlar üzrə fərqlər qalmaqdadır. Ölkə üzrə orta əməkhaqqı 1971 manat olsa da, bəzi iqtisadi rayonlarda bu göstərici xeyli aşağıdır. Məlumata əsasən, dövlət qulluqçularının təxminən yarısının yaşı 40-dan aşağıdır. Həmçinin çalışanların 69,5 faizi 5 ildən artıq iş stajına malikdir ki, bu da dövlət qulluğunda təcrübəli kadrların üstünlük təşkil etdiyini göstərir. Geri dön |