Ana Sayfa > Özəl > FIFA-dan yeni qayda: İrqçilik matçın dayandırılması ilə nəticələnə bilər

FIFA-dan yeni qayda: İrqçilik matçın dayandırılması ilə nəticələnə bilər


Bu gün, 19:00. Yazar: vasif
FIFA-dan yeni qayda: İrqçilik matçın dayandırılması ilə nəticələnə bilər


FIFA irqçiliklə mübarizə çərçivəsində dünya çempionatı üçün yeni mexanizm tətbiq etməyə hazırlaşır.

Yeni qaydaya əsasən, futbolçular irqçi davranış və ya təhqirlə üzləşdikləri halda qollarını sinələrinin üzərində çarpazlaşdıraraq hakimə xüsusi siqnal verəcəklər.

Bu jestdən sonra hakim FIFA-nın üçmərhələli prosedurunu işə salacaq. İlk mərhələdə oyun müvəqqəti dayandırılacaq. İrqçi davranışlar davam edərsə, futbolçular meydanı tərk edəcək və qarşılaşmaya fasilə veriləcək. Problemin aradan qalxmaması halında isə matç tamamilə dayandırıla bilər.

Sözügedən sistem ilk dəfə gənc qadınlardan ibarət milli komandaların dünya çempionatında sınaqdan keçirilib və indi daha geniş tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək və tarixdə ilk dəfə 48 milli komanda iştirak edəcək. FIFA yeni qaydalarla futbol meydanlarında irqçiliyə qarşı daha sərt mövqe nümayiş etdirməyi hədəfləyir.
Geri dön