Ana Sayfa > Dünya > Netanyahu ordunun bu təklifini RƏDD ETDİ

Netanyahu ordunun bu təklifini RƏDD ETDİ


Bu gün, 16:16. Yazar: vasif
Netanyahu ordunun bu təklifini RƏDD ETDİ


İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (İDF) Livan ərazisində genişmiqyaslı quru əməliyyatı keçirmək təklifinə qarşı çıxıb.

aia.az xəbər verir ki, bu barədə məlumatı "Qaley" radiostansiyası yayıb.

Mənbənin bildirdiyinə görə, təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclas zamanı İDF baş nazirə Livanda genişmiqyaslı quru manevrinin planını təqdim edib.

Hərbçilərin bu təşəbbüsü Müdafiə naziri İsrael Kats və Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən dəstəklənib. Lakin radiostansiyanın qeyd etdiyi kimi, Netanyahu bu təklifə ehtiyatla yanaşaraq onu qəbul etməyib.

Bildirilir ki, bu qərar həm də ABŞ prezidenti Donald Trampın mövqeyi ilə bağlı ola bilər. Belə ki, Tramp bu həftənin əvvəlində prosesə müdaxilə edərək "Hizbullah" hərəkatının Beyrutdakı obyektlərinə planlaşdırılan zərbələrin, eləcə də İsrailin Livan ərazisindəki hərbi fəaliyyətinin daha geniş miqyasda gərginləşməsinin qarşısını alıb.
Geri dön