Ana Sayfa > Özəl > Fransa liderindən diqqətçəkən açıqlama: Macarıstan dəyişir
Fransa liderindən diqqətçəkən açıqlama: Macarıstan dəyişirDünən, 21:34. Yazar: vasif |
![]() Fransa Prezidenti Emmanuel Makron Macarıstanın yeni Baş naziri Peter Maqyarın hakimiyyətə gəlməsini ölkəsi və Avropa üçün yeni dövrün başlanğıcı kimi qiymətləndirib. Makron bildirib ki, Macarıstanda baş verən siyasi dəyişikliklər Avropa Birliyinin dəyərlərinə sadiqliyin gücləndiyini göstərir və iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Fransa liderinin sözlərinə görə, Paris və Budapeşt ilin sonuna qədər yeni strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır. Sənəd müdafiə, nüvə energetikası, sənaye, kosmik texnologiyalar, kənd təsərrüfatı, dezinformasiyaya qarşı mübarizə və demokratik institutların qorunması kimi sahələri əhatə edəcək. Ekspertlər hesab edirlər ki, Makronun bu açıqlaması Fransa ilə Macarıstan arasında münasibətlərin yeni mərhələyə keçdiyinin və Avropa daxilində siyasi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mesajın göstəricisidir. Geri dön |