Ana Sayfa > Özəl > Məşhur turizm məkanı bağlandı – Turistlərə sərt qadağa tətbiq edildi
Məşhur turizm məkanı bağlandı – Turistlərə sərt qadağa tətbiq edildiBu gün, 21:04. Yazar: vasif |
![]() Yunanıstanın ən məşhur turizm məkanlarından biri hesab olunan Navagio çimərliyi təhlükəsizlik səbəbindən müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanıb. Zakintos adasında yerləşən və hər il minlərlə turistin axın etdiyi məşhur körfəzə girişin bu ilin 31 oktyabr tarixinədək qadağan olunduğu bildirilib. Qərarın bölgədə torpaq sürüşməsi və qayaların qopması riskinin artması ilə əlaqədar qəbul edildiyi qeyd olunur. Rəsmi məlumata görə, turistlər çimərliyi yalnız xüsusi müşahidə platformalarından izləyə biləcəklər. Sahilə enmək və körfəz ərazisinə daxil olmaq isə tamamilə qadağan edilib. Yerli media yazır ki, son günlər baş verən insidentlər, o cümlədən bir turistin qayalıq ərazidə ağır xəsarət alması təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə səbəb olub. Ağ qumlu sahili, firuzəyi dənizi və sahildə yerləşən məşhur gəmi qalıqları ilə tanınan Navagio çimərliyi Yunanıstanın ən çox ziyarət edilən və fotoşəkilləri paylaşılan turizm nöqtələrindən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, ərazidə təhlükəsizlik riskləri aradan qaldırıldıqdan sonra çimərliyin yenidən turistlərin istifadəsinə verilməsi nəzərdən keçiriləcək. Geri dön |