Ana Sayfa > Özəl > Tramp əvvəl UFC döyüşünə baxacaq, sonra G7 sammitinə yollanacaq
Tramp əvvəl UFC döyüşünə baxacaq, sonra G7 sammitinə yollanacaqBu gün, 20:43. Yazar: vasif |
![]() ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini açıqlayıb. O bildirib ki, sammitə yollanmadan əvvəl Vaşinqtonda təşkil olunacaq UFC çempionluq döyüşlərini izləyəcək. Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada qarşıdakı UFC gecəsinin Amerika idman tarixinin ən yaddaqalan tədbirlərindən biri olacağını qeyd edib. Məlumata görə, iyunun 14-də ilk dəfə olaraq UFC döyüşləri ABŞ prezidentinin iqamətgahının ərazisində təşkil olunacaq. Tədbir ABŞ-ın qarşıdan gələn milli bayram tədbirləri çərçivəsində keçiriləcək. Gecənin əsas qarşılaşması UFC-nin yüngül çəki üzrə çempionu İlia Topuria ilə amerikalı Castin Qetje arasında baş tutacaq. Bundan sonra Donald Tramp Fransanın Evian şəhərində keçiriləcək G7 sammitinə qatılacaq. İyunun 15-17-də keçiriləcək toplantıda dünya liderlərinin qlobal iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq münasibətlərlə bağlı mühüm müzakirələr aparacağı gözlənilir. Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi bildirilir. Geri dön |