Ana Sayfa > İdman > "Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu

"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu


Bu gün, 11:08. Yazar: Subhan
"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu

"Çelsi" futbol klubunun tarixində ən yaxşı ikinci bombardir olan Bobbi Temblinq 84 yaşında vəfat edib.

aia.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" telekanalı yayımlayıb.

London klubunun sabiq hücumçusu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məlumata görə, ona demensiya diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Temblinq 1959-1970-ci illər aralığında "Çelsi"nin formasını geyinib. O, komandanın heyətində 202 qola imza ataraq, ən yaxşı bombardirlər siyahısında yalnız yarımmüdafiəçi Frenk Lemparddan (211 qol) geri qalır.

Temblinq "Çelsi" ilə birlikdə 1965-ci ildə İngiltərə Liqa Kubokunun qalibi adını qazanıb. Karyerası ərzində İngiltərə və İrlandiya klublarının da şərəfini qoruyan sabiq futbolçu, 1974-cü ildə İrlandiyanın "Kork Siti" komandası ilə milli çempionatın birincisi olub.

aia.az
Geri dön