Ana Sayfa > Özəl > Dehlidə faciə: Güclü yanğın onlarla insanın həyatına son qoydu
Dehlidə faciə: Güclü yanğın onlarla insanın həyatına son qoyduBu gün, 18:39. Yazar: vasif |
![]() Hindistanın paytaxtı Dehlidə baş verən yanğın faciəvi nəticələrə səbəb olub. İlkin məlumatlara görə, hadisə nəticəsində azı 21 nəfər həyatını itirib. Məlumatlarda bildirilir ki, ölənlər arasında müxtəlif ölkələrdən olan əcnəbi vətəndaşlar da var. Hadisə yerinə cəlb olunan xilasedicilər və yanğınsöndürənlər genişmiqyaslı əməliyyat həyata keçiriblər. Yanğın zamanı 40-dan çox insan xilas edilərək yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkimlərin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağır olaraq qalır. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər. Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir. Faciə ölkədə böyük narahatlıq yaradıb və aidiyyəti qurumlar hadisənin bütün təfərrüatlarını araşdırmağa başlayıblar. Geri dön |