Ana Sayfa > Təhsil > Müəllim işləmək istəyənlərin nəzərinə:

Müəllim işləmək istəyənlərin nəzərinə:


Bu gün, 09:18. Yazar: Subhan
Müəllim işləmək istəyənlərin nəzərinə:

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən aia.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

aia.az
Geri dön