Ana Sayfa > Şou-biznes / Karusel > "Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi


17-03-2017, 15:03. Yazar: admin
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi



Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib.

AİA.Az axşam.az-a istinadən bildirir ki, o, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Buna səbəb isə Markın "Snapchat"ı ala bilməməsidir. O, buna görə bir müddətdir göz dikdiyi "Snapchat"da olan özəllikləri öz sahibi olduğu proqramlarda tətbiq edir.

Hazırda, sadəcə, bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət qısa müddət ərzində iOS və Android istifadə edən hər kəsdə olacaq.

AİA.az


Geri dön