Ana Sayfa > Ölkə > SOCAR-ın prezidenti “SLB” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
SOCAR-ın prezidenti “SLB” şirkətinin icraçı vitse-prezidenti ilə görüşübBu gün, 18:57. Yazar: azer |
![]() 2 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “SLB” şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb. SOCAR-dan aia-a bildirilib ki, görüşdə “Bakı Enerji Həftəsi”nin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı, təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub. Söhbət zamanı SOCAR ilə “SLB” arasında əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi imkanları, rəqəmsallaşma, hasilat əməliyyatlarının optimallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |