Ana Sayfa > Gündəm > Arif Rəhimzadə Tarif Şurasının qərarını tənqid etdi

Arif Rəhimzadə Tarif Şurasının qərarını tənqid etdi


17-03-2017, 15:00. Yazar: admin
Arif Rəhimzadə Tarif Şurasının qərarını tənqid etdi



Milli Məclisin iclasında Tarif Şurası tənqid olunub.

AİA.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Tarif Şurasının ötən ilin noyabr ayında verdiyi qərar seçildiyi Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətini iflic edib.

O qeyd edib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətinə ciddi problemlər yaradıb: "Bunun bariz nümunəsi seçildiyim Neftçala rayonundakı yod-brom zavodudur. Bildiyiniz kimi, bu zavod strateji bir məhsulun istehsalı ilə məşğul olur və həmin məhsulun böyük hissəsi xaricə satılır. Ancaq Tarif Şurasının məlum qərarı zavodun fəaliyyətinə ciddi problem yaradıb. Artıq zavod fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyətdən çıxış yolu kimi rəhbərlik kollektivin müəyyən bir qismini öz hesabına məzuniyyətə göndərib. Belə davam edərsə, zavod fəaliyyətini dayandıra bilər".

A.Rəhimzadə hökumətə təklif edib ki, elektrik enerjisi sərfiyyatı ay ərzində 5 milyon kv/saatdan çox olan müəssisələrə şamil edilən güzəştlər Yod-Brom zavoduna da şamil olunmalıdır: "Bu zavodun aylıq enerji sərfiyyatı 3 milyon kv/saat-dır. Təklif edərdim ki, Tarif Şurası bu güzəşti heç olmasa, bu zavoda şamil etsin".

AİA.az
Geri dön