Ana Sayfa > Ölkə > “Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?
“Hünər-İnşaat”ın fəhlələrinə Zəngilanda maaşları verilmir?1-06-2026, 17:00. Yazar: azer |
![]() Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər. aia.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər. Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar: “Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”. Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir. Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib. Geri dön |