Ana Sayfa > İqtisadiyyat > “SOCAR Green”: Enerji səmərəliliyi üzrə təşəbbüslərin genişləndirilməsi Azərbaycanın enerji keçidinə töhfə verəcək

“SOCAR Green”: Enerji səmərəliliyi üzrə təşəbbüslərin genişləndirilməsi Azərbaycanın enerji keçidinə töhfə verəcək


Bu gün, 14:46. Yazar: azer
“SOCAR Green”: Enerji səmərəliliyi üzrə təşəbbüslərin genişləndirilməsi Azərbaycanın enerji keçidinə töhfə verəcək

Elə bir dövrdəyik ki, enerji səmərəliliyi əsas diqqət mərkəzindədir. SOCAR-ın ənənəvi neft-qaz şirkətindən inteqrasiya olunmuş enerji şirkətinə transformasiyası çərçivəsində yaşıl enerji və enerji səmərəliliyi layihələrinə xüsusi diqqət yetirilir.

Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev Bakı Enerji Forumunda “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, yaşıl enerji layihələri ilə yanaşı, enerji resurslarından daha səmərəli istifadəni təmin edən təşəbbüslər də böyük əhəmiyyət daşıyır.

“Bu istiqamətdə Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlığa başlanılıb. Enerji səmərəliliyi üzrə təşəbbüslərin genişləndirilməsi Azərbaycanın enerji keçidi və dayanıqlı inkişaf hədəflərinə töhfə verəcək”,- deyə o əlavə edib.
Geri dön