Ana Sayfa > Gündəm / Karusel > Əfv sərəncamının icrasına başa çatdı - Zakir Nəsirovun cəzası azaldıldı - YENİLƏNİB

Əfv sərəncamının icrasına başa çatdı - Zakir Nəsirovun cəzası azaldıldı - YENİLƏNİB

17-03-2017, 14:50. Yazar: admin
Əfv sərəncamının icrasına başa çatdı - Zakir Nəsirovun cəzası azaldıldı - YENİLƏNİB

Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başa çatıb.

AİA.Az-ın APA-ya istinadən məlumatına görə, sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.

Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.

Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.

----------

08:48

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

AİA.Az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.

AİA.az
Geri dön