Ana Sayfa > Gündəm > Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən -
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən -Bu gün, 11:49. Yazar: Subhan |
![]() “Space” TV əməkdaşlarının 2026-cı ilin mart və aprel ayları üzrə gecikmiş əməkhaqları tam həcmdə ödənilib”. aia.az xəbər verir ki, bu barədə “Space” TV məlumat yayıb. Bildirilib ki, hazırda şirkətin qeyd olunan dövr üzrə əməkdaşlar qarşısında hər hansı maliyyə öhdəliyi mövcud deyil. “May ayına aid əməkhaqlarının da yaxın günlər ərzində ödənilməsi nəzərdə tutulur. “Sevilən səhər” verilişinin keçmiş aparıcısının səsləndirdiyi fikirlərə münasibətdə qeyd etmək istərdik ki, sözügedən layihə 9 mart 2026-cı ildən etibarən efirdə yayımlanmağa başlayıb və verilişlə bağlı hər hansı ödəniş məsələsi kanalın yeni rəhbərliyinin fəaliyyət dövrünə aid deyil. Eyni zamanda bildiririk ki, verilişin reytinq göstəricilərinin gözlənilən nəticələri verməməsi, eləcə də 2026–2027-ci il televiziya mövsümünə hazırlıq çərçivəsində şirkətin yenilənmiş strateji baxışı və proqram siyasətinə uyğun gəlməməsi nəzərə alınaraq, tərəflər arasında qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib”, - məlumatda bildirilib. Qeyd edək ki, aparıcı Könül Muxtarova “Space” TV-dən ayrılıb. Buna 3 aydır maaş ala bilmədiyini səbəb göstərib. aia.az Geri dön |