Ana Sayfa > Gündəm / Karusel > Deputat dəm qazından danışdı, təklif verdi

Deputat dəm qazından danışdı, təklif verdi


17-03-2017, 14:41. Yazar: admin
Deputat dəm qazından danışdı, təklif verdi

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elmira Axundova deyib. Xanım millət vəkili təklif edib ki, “Azəriqaz” tərəfindən evlərdə dəm qazını hiss edən avtomatik qurğular məcburi qaydada quraşdırılmalıdır.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, dədə-babadan evlərdə odun yandıranda da tüstü çıxan bacalar olub. V.Ələsgərov qeyd edib ki, zəhərlənmə halları daha çox o zaman olur ki, tüsünün çıxması üçün yerlər olmur.

“Əhali ilk növbədə buna diqqət etməlidir. İlk növbədə hər kəs evində yoxlasın ki, qazdan əmələ gələn məhsullara kənara çıxır, ya yox. Bunu mütəxəssislərə yoxlatdırmalıdırlar”.

AİA.az
Geri dön