Ana Sayfa > Ölkə > Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıbBu gün, 21:38. Yazar: vasif |
![]() Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib. Bu barədə "aia.az"a DİN-dən məlumat verilib. "Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb" , - məlumatda bildirilib. Aaşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Geri dön |