Ana Sayfa > Siyasət / Manşet > Baş nazir: Mehriban Əliyevanın gərgin əməyini mütləq qeyd etməliyik”

Baş nazir: Mehriban Əliyevanın gərgin əməyini mütləq qeyd etməliyik”


17-03-2017, 14:19. Yazar: admin
Baş nazir: Mehriban Əliyevanın gərgin əməyini mütləq qeyd etməliyik”




“Mehriban xanım Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir”.

Bunu Baş nazir Artur Rasizadə bu gün Milli Məclisin iclasında çıxışı zaman deyib. Baş nazir bildirib ki, humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışarkən, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır:

"Mehriban xanımın beynəlxalq səviyyədə gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, yüksək dövlət vəzifəsinin icrasında müvəffəqiyyətlər arzu edirəm".

AİA.az
Geri dön