Ana Sayfa > İqtisadiyyat > SOCAR-ın prezidenti “Shell” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
SOCAR-ın prezidenti “Shell” şirkətinin icraçı vitse-prezidenti ilə görüşübBu gün, 19:02. Yazar: azer |
![]() 1 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Shell” şirkətinin icraçı vitse-prezidenti Valid Hadi ilə görüşüb. aia.az xəbər verir ki, görüşdə şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda, bu gün SOCAR və “Shell” şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub. Tərəflər “upstream”, “midstream”, “downstream”, insan kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Geri dön |