Ana Sayfa > Gündəm / Manşet > Yol polisindən taksilərə XƏBƏRDARLIQ
Yol polisindən taksilərə XƏBƏRDARLIQ17-03-2017, 14:14. Yazar: admin |
Bakıda ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması və stimullaşdırılması üçün müəyyən küçə və prospektlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. Həmin zolaqlar olan küçələrdən keçən marşrut xətlərinə xidmət edən avtobuslar bu hərəkət zolağına daxil ola bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolağından istifadəsi qadağandır. Ancaq yeni çəkilən zolaqlarda taksi fəaliyyəti ilə məşğul olanların nəqliyyat vasitələri müşahidə edilir. Bəs görəsən taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin yeni çəkilən zolaqda durmasına icazə varmı? Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatın hərəkəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər var. “İctimai nəqliyyat vasitələrində hərəkət edən sərnişinlərin bir məntəqədən digər məntəqəyə sərbəst, rahat və vaxtında çatması üçün müəyyən addımlar atılır. Qonşu Türkiyə və Rusiyada da ictimai nəqliyyat üçün xüsusi zolaqlar var. Bu zolaqlara daxil olan digər nəqliyyat vasitələrinin hərəkəti konkret olaraq inzibati məsuliyyət tərkibi yardır. Bu baxımdan bu gün paytaxtımız Bakı şəhərində 9 istiqamət üzrə avtobusların rahat hərəkəti üçün xüsusi zolaqların çəkilməsinə başlanılıb. Belə zolaqların çəkilməsi sərnişinlərin ictimai nəqliyyata üstünlük verməsinə imkan verəcək. Ən azı baş verəcək tıxaclarda ictimai nəqliyyat vasitələri rahat şəkildə rahat edəcək. Söz yox ki, bu zolaqlar üzrə digər nəqliyyat vasitələrinin hərəkəti üzrə inzibati tənbeh tədbirləri də nəzərdə tutulacaq. Hazırda yol nişanlarının qurulması proseslərinə başlanılıb, həmin ərazi üzrə ictimai nəqliyyatın hərəkətinə maneə yaradan istər taksilər olsun, istərsə də digər nəqliyyat vasitələri, çox güman ki, tənbeh tədbirləri görülməsi nəzərdə tutulub. Buna paralel olaraq, taksi fəaliyyəti ilə məşğul olanlar üçün də 70-dən artıq yer təyin edilib. “Bakı Nəqliyyat Agentliyi” tərəfindən taksi fəaliyyəti ilə məşğul olanlar üçün yerlər müəyyənləşdirlib. Taksi fəaliyyəti ilə məşğul olanlarla problemin yaşandığını KİV-lər dən eşidib, bilirik. Taksi fəaliyyəti ilə məşğul olanların dayanma-durma qaydalarını və digər yol hərəkət qaydalarını pozduqları aşkar olunduqda, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. Elə taksi sürücüsü var ki, ay ərzində 4-5 dəfə eyni xətanı müxtəlif ərazilərdə törətdiyi üçün məsuliyyətə cəlb olunub. Onlar inzibati xəta törətməkdən yorulmursa, biz də inzibati tənbeh tədbirlərini yorulmadan həyata keçirəcəyik”. AİA.az Geri dön |