Ana Sayfa > Siyasət > Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir
Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilirBu gün, 16:16. Yazar: azer |
![]() Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumun şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərilməsi mühüm siyasi və diplomatik məna daşıyır. Bu hadisə yalnız protokol jesti kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevin ardıcıl, praqmatik və nəticəyə hesablanmış xarici siyasətinə verilən yüksək siyasi qiymətin ifadəsidir. Uzun illər Azərbaycan cəmiyyətində ədalətsiz yanaşmanın rəmzi kimi qəbul edilən 907-ci düzəlişlə bağlı mövqeyin davam etdirilməsi Azərbaycan dövlətinin haqlı mövqeyinin daha geniş beynəlxalq müstəvidə qəbul olunmasının göstəricisidir". Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi, Qlobal Həmrəylik Şurasının Azərbaycan üzrə nümayəndəsi David Seliverstov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaratmış, müharibədən sonrakı mərhələdə sülh, təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı etimad gündəliyini ön plana çıxarmışdır: "Bu gün Azərbaycan yalnız öz milli maraqlarını müdafiə edən dövlət deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, dialoq və gələcək əməkdaşlıq üçün məsuliyyət daşıyan mühüm siyasi mərkəzdir. Donald Tramp ilə formalaşan münasibətlər və Sülh Şurası çərçivəsində yaranan yeni siyasi dialoq da bu prosesin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Sülh yalnız sənədlərdə yazılan razılaşma deyil, liderlərin siyasi iradəsində, xalqlar arasında etimadın bərpasında və beynəlxalq platformalarda ədalətli mövqelərin müdafiəsində özünü göstərən canlı prosesdir. David Seliverstov daha sonra bunları deyib: "Qlobal Həmrəylik Şurası olaraq biz Sülh Şurasının missiyasını birbaşa dəstəkləyirik. Hesab edirik ki, dünyada artan qarşıdurmalar, siyasi gərginliklər və humanitar böhranlar fonunda sülh təşəbbüslərinin təbliği və müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Sülh Şurası yalnız siyasi layihə deyil, xalqlar arasında dialoqu, qarşılıqlı hörməti və beynəlxalq məsuliyyəti gücləndirən mühüm platforma kimi qəbul olunmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti bu gün sübut edir ki, güclü dövlətçilik yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də sülh yaratmaq iradəsi, diplomatik mədəniyyət və beynəlxalq etimad qazanmaq bacarığı ilə ölçülür. Biz Qlobal Həmrəylik Şurası olaraq hər zaman Sülh Şurasının təbliğatının, sülh ideyasının, xalqlar arasında anlaşmanın və dövlətlərarası dialoqun yanında olacağıq. Çünki sülh yalnız siyasətçilərin gündəliyi deyil, cəmiyyətlərin gələcəyidir. Ədalətli sülh isə insan ləyaqətinin, dövlət suverenliyinin və qarşılıqlı hörmətin ən ali formasıdır". ![]() Süleyman Geri dön |