Ana Sayfa > Siyasət / Parlament > Şahin Seyidzadə beynəlxalq tədbirdə iştirak edəcək

Şahin Seyidzadə beynəlxalq tədbirdə iştirak edəcək


Bu gün, 14:26. Yazar: azer
Şahin Seyidzadə beynəlxalq tədbirdə iştirak edəcək

İyunun 1-də Şimali Makedoniya Respublikasının Skopye şəhərində Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 14-cü plenar sessiyası keçiriləcək.
Tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə iştirak edəcək.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sessiyada “Tolerantlığın və Sülhün inkişaf etdirilməsi: Gələcək siyasətin formalaşdırılmasında və onun qanunvericilik təminatında parlamentlərin strateji rolu” mövzusunda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.
Geri dön