Ana Sayfa > Ölkə > Goranboyda iki maşın toqquşdu - Yaralılar var
Goranboyda iki maşın toqquşdu - Yaralılar varBu gün, 10:14. Yazar: vasif |
![]() Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub. “aia.az” xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Geri dön |